
Apple 24 düym ekranlı yenilənmiş iMac üzərində çalışır
Elm & Texnologiya
16.10.2023
Emil
Yaponiyanın Mac Otakara adlı resursunun verdiyi məlumata əsasən Apple şirkəti hal hazırda yenilənmiş iMac üzərində çalışır. Söhbət, 24 düym ekrana sahib yenilənmiş iMac-dan gedir. Məlumatda qeyd edilib ki, yenilənmiş iMac hal hazırda aktual olan iMac modelinin dizaynını əldə edəcək. Bununla belə yeni model özündə tamamilə yeni texniki imkanları birləşdirəcək.
Məlumata əsasən alıcının seçəcəyi konfiqurasiyadan asılı olaraq yenilənmiş iMac ya Apple M2 ya da M2 Pro prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq cihaz Wi-Fi 6E, Bluetooth 5.3 dəstəyini və 4 ədəd Thunderbolt USB-C girişini əldə edəcək. Yenilənmiş iMac-ın nə zaman təqdim ediləcəyi barəsində məlumat yoxdur. Onun ya bu ilin sonuna kimi ya da gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
