
Apple 25 il bundan öncə sensor ekranlı Mac kompüterinə sahib imiş
Elm & Texnologiya
11.10.2023
Emil
Apple şirkətinin sensorlu ekrana sahib Mac kompüteri üzərində çalışması barəsində məlumatlar artıq 10 ildən çoxdur ki, internetdə gəzirlər. Lakin məlum olub ki, Apple artıq bu cür iMac kompüterinə sahibdir və onun 25 yaşı var. Belə ki, məlum olub ki, 1999-cu ildə Elo adlı şirkət sensorlu ekrana sahib iMac G3 adlı xüsusi kompüteri Apple şirkətinin reseller proqramı vasitəsilə satıb. Həmin kompüter köşk cihazları kimi istifadə edilib. Michael MJD adlı Youtube kanalının müəllifi sözügedən kompüterin prototipini tapıb və onu öz videosunda sərgiləyib. Məlumata əsasən iMac G3 kompüteri Elo şirkətinin iTouch adlı sensorlu interfeysinə sahib olub.
iTouch adlı sensorlıu interfeys öz növbəsində istifadəçinin barmaq klikləməsinin ekrandakı yerini təyin etmək üçün səthi akustik dalğalardan istifadə edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin hardware şöbəsinin rəhbəri bir neçə il bundan öncə bildirmişdi ki, Mac kompüteri tamamilə kaviatura və mouse vasitəsilə çalışmaq üçün optimizasiya edilib və şirkət onun sensorlu ekrana sahib versiyasını hazırlamaq kimi bir fikirə sahib deyil. Lakin Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple bu cür Mac kompüteri üzərində çalışmağa artıq başlayıb və OLED ekranlı MacBook Pro sensorlu ekrana sahib ilk Mac kompüteri ola bilər.
Paylaş
Bənzər xəbərlər

Reklam və Marketinq
“Qızlara ağ yaraşır” daha bir Qran-pri qazandı!
Azercell və Azərbaycan Cüdo Federasiyasının “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalda qalib oldu!

Elm & Texnologiya
ViewSonic VX2757-2K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti MSI şirkətinin ardınca öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru ViewSonic VX2757-2K-PRO adını əldə edib.

Elm & Texnologiya
Cooler Master yeni gaming monitorunu təqdim edib
Cooler Master şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor GM34-CWQ2 adını əldə edib.

Cihazlar+
Samsung Galaxy S23 FE performans testlərindən keçib
Samsung Galaxy S23 FE smartfonunun təqdimatından sonra onda Exynos 2200 prosessorunun istifadəsi məsələsi ilə bağlı çoxlu sayda tənqid ortaya çıxdı.

Cihazlar+
OPPO A2x adlı yeni büdcəli smartfon təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti OPPO A2x adlı yeni büdcəli smartfonunu təqdim edib.
Ən çox oxunanlar

Şimali Koreya hakerləri Google Play-ə zərərli tətbiqlər yükləyiblər
