main-post-cover

    Apple 27 düym ekranlı iMac-ın istehsalından imtina edib

    Elm & Texnologiya
    07.11.2023
    Emil Nəcəfov
         Keçən ayın sonunda Apple şirkəti M3 prosessoru vasitəsilə çalışan 24 düym ekranlı yenilənmiş iMac-ı təqdim etdi. Güman olunurdu ki, şirkət M3 prosessoru vasitəsilə çalışacaq 27 düym ekranlı iMac-ı da təqdim edəcək. Lakin görünür, 27 düym ekranlı yenilənmiş iMac-ı gözləmək lazım deyil. The Verge saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti ARM prosessor vasitəsilə çalışacaq böyük ekranlı iMac-ı istehsal etməyi planlaşdırmır. Nəticədə 24 düym ekranlı iMac şirkətin yeganə stolüstü kompüteri olaraq qalacaq. Bununla belə böyük ekranlı stolüstü Apple kompüterindən istifadə etmək istəyən istifadəçilərə şirkət Mac Studio və ya Mac mini ilə birgə 27 düym ekranlı Studio Display monitorundan istifadəni məsləhət görür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPhone SE smartfonu daha təkmilləşdirilmiş arxa kameranı əldə edəcək
    novbeti-iphone-se-smartfonu-daha-tekmillesdirilmis-arxa-kamerani-elde-edecek
    Apple gələn il bütün iPad modellərini yeniləyəcək
    apple-gelen-il-butun-ipad-modellerini-yenileyecek
    Apple elektromobili nə zaman təqdim olunacaq?
    apple-elektromobili-ne-zaman-teqdim-olunacaq
    Oktyabrda istifadəçilərin ən çox razı qaldıqları Apple cihazlarının reytinqi təqdim edilib
    oktyabrda-istifadecilerin-en-cox-razi-qaldiqlari-apple-cihazlarinin-reytinqi-teqdim-edilib
    Oktyabr ayının ən performanslı Apple cihazlarının reytinqi təqdim edilib
    oktyabr-ayinin-en-performansli-apple-cihazlarinin-reytinqi-teqdim-edilib