
Apple A17 Pro prosessorunun istehsalı hansı qiymətə başa gəlir?
Elm & Texnologiya
17.10.2023
Emil
Apple A17 Pro prosessoru bazarda 3 nanometrlik texnoloji proses əsasında hazırlanmış ilk prosessor oldu. İndi isə məlum olub ki, sözügedən prosessorun istehsalı Apple şirkətinə A16 Bionic-in istehsalından daha baha başa gəlir. Bununla belə onun istehsal xərci Qualcomm-un Snapdragon 8 Gen 2 prosessorunun istehsal xərcindən daha aşağıdır. Verilmiş məlumata əsasən bir ədəd A17 Pro-nun istehsalı Apple şirkətinə 130$-a başa gəlir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 Pro modellərində, iPhone 15 və iPhone 15 Plus smartfonlarında istifadə edilən A16 Bionic prosessorunun istehsal xərci 110$ təşkil edir. Yəni A17 Pro prosessorunun istehsal qiyməti A16 Bionic prosessorunun istehsal qiymətindən 15% yüksəkdir. Maraqlısı ondadır ki, Qualcomm-un Snapdragon 8 Gen 2 prosessoru smartfon istehsalçılarına daha baha başa gəlir. Belə ki, bir ədəd Snapdragon 8 Gen 2-nin istehsalının qiyməti 160$ təşkil edir.
Yəni Snapdragon 8 Gen 2 prosessorunun istehsal qiyməti A17 Pro prosessorunun istehsal qiymətindən 23% daha bahadır. Son məlumatlara əsasən isə bu ayın sonunda təqdim olunacaq Snapdragon 8 Gen 3 prosessoru Snapdragon 8 Gen 2-dən daha baha başa gələcək. Bu isə smartfon istehsalçılarını çətin vəziyyətdə qoyur. Bu səbəbdən böyük ehtimal ilə yeni flaqman Android smartfonlar daha baha qiymətə satılacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple iPhone-larda jailbreak ilə yeni mübarizə üsulunu hazırlayıb
Bu və ya digər iPhone sisteminin sındırılması üçün nəzərdə tutulmuş üsullar bir qayda olaraq daha köhnə iOS versiyaları ilə çalışırlar.

Elm & Texnologiya
Goldman Sachs: 'Apple elektromobil hazırlamır. Apple Car pilotsuz avtomobillər üçün platforma olacaq'
Goldman Sachs bankının analitikləri investorlara yeni hesabat təqdim ediblər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
