
Apple A18 Pro prosessoru A17 Pro-dan çox az fərqlənəcək
Elm & Texnologiya
13.03.2024
Emil
Apple şirkəti bu il təqdim edəcəyi iPhone 16 smartfon seriyasında A18 Pro prosessorunu istifadəyə verəcək. Çox güman ki, sözügedən prosessoru yalnız iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları əldə edəcəklər. İndi isə insayderlər A18 Pro prosessoru haqqında bir faktı bölüşüblər. Onların sözlərinə əsasən A18 Pro prosessoru, keçən il iPhone 15 Pro modelləri tərkibində istifadəyə verilmiş A17 Pro-nun kiçik yenilənməyə məruz qalmış versiyası olacaq. İnsayderlər bildiriblər ki, Geekbench 6 bençmarkının çox nüvəli testi çərçivəsində A18 Pro prosessorunun 8000 xaldan bir qədər çox toplayacağı gözlənilir. Beləliklə A18 Pro prosessoru keçən ilki A17 Pro-dan sadəcə 10% performanslı ola bilər. Belə olacağı halda A18 Pro bu il ərzində təqdim olunacaq Snapdragon 8 Gen 4 və MediaTek Dimensity 9400 prosessorlarından çox nüvəli test mövzusunda geri qala bilər.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
