
Apple A18 Pro prosessorunun Geekbench test nəticələri açıqlanıb
Elm & Texnologiya
30.01.2024
Emil
İnsayderlərdən biri bu il təqdim ediləcək iPhone 16 smartfon seriyasında istifadə ediləcək A18 Pro prosessorunun Geekbench 6 bençmarkında güman olunan test nəticələrini açıqlayıb. İnsayderin sözlərinə əsasən A18 Pro prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 3500 xal, çox nüvəli testi çərçivəsində isə 8200 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarında istifadə edilən A17 Pro prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2900 xal, çox nüvəli testi çərçivəsində isə 7200 xal toplayır. Bu isə o deməkdir ki, A18 Pro prosessorunun bir nüvəli testi çərçivəsində performansı 20%, çox nüvəli testi çərçivəsində performansı isə 13% daha yüksək olacaq.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
