main-post-cover

    Apple A18 Pro prosessorunun yeni Geekbench test nəticələri açıqlanıb

    Elm & Texnologiya
    07.08.2024
    Emil Nəcəfov
         Gələn ay təqdim olunacaq iPhone 16 seriyasına daxil olacaq iPhone 16 Pro iPhone 16 Pro Max modellərinin Apple A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir. İndi isə Çindən olan insayderlər Apple şirkətinin bu yeni prosessorunun Geekbench 6 testlərindən keçdiyini bildiriblər və onun test nəticələrini açıqlayıblar. Təqdim edilmiş screenshot fotoya əsasən Apple A18 Pro prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 3570 xal, çox nüvəli testi çərçivəsində isə 9310 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, sözügedən prosessorun daha öncəki versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 3500 xal, çox nüvəli testi çərçivəsində isə 8200 xal toplayaraq Apple şirkətinin hətta M3 Max prosessorunu geridə qoyurdu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    M4 prosessoru vasitəsilə çalışacaq MacBook Air barəsində məlumatlar verilib
    m4-prosessoru-vasitesile-calisacaq-macbook-air-baresinde-melumatlar-verilib
    Apple, yeni reklam çarxını silərək üzr istəyib!
    apple-yeni-reklam-carxini-silerek-uzr-isteyib
    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-modellerinin-batareya-hecmleri-aciqlanib
    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər
    butun-iphone-17-modelleri-yeni-on-kamerani-elde-edecekler
    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb
    iphone-16-nin-ne-zaman-teqdim-olunacagi-melumati-ortaya-cixib