
Apple A18 və M4 prosessorları daha çox nüvəyə sahib neyron mühərrikini əldə edəcəklər
Elm & Texnologiya
15.02.2024
İnsayderlərin vermiş olduqları məlumata əsasən növbəti iPhone və MacBook-lar üçün nəzərdə tutulacaq A18 və M4 prosessorları daha çox nüvəyə sahib Neural Engine mühərrikini əldə edəcəklər. Yenilənmiş Neural Engine mühərriki süni zəka və machine learning ilə çalışma proseslərində adları sadalanmış prosessorların performanslarını artırmaqda yardımçı olacaq. Mütəxəssislər əmindirlər ki, Apple şirkətinin bu cür yeniliyi reallaşdırmasının əsas səbəbi iOS 18 çərçivəsində istifadəyə veriləcək süni zəka funksiyalarıdır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...