Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (VİDEO)

Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (VİDEO)

Texnologiya
26.01.2020 PAYLAŞIM

    Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiyasının ortaya çıxacağı barəsində məlumatlar gəzirdi. Həmin vaxtlarda sözügedən texnologiya sadəcə sözdə təsvir edilirdi. Lakin indi XDA-Developers saytının istifadəçilərinin aşkar etdikləri video sayəsində sözügedən texnologiyanın Android əməliyyat sistemində necə çalışdığını görmək olar. Bu barədə 9to5google saytı xəbər verib. İlk öncə Google şirkəti sözügedən texnologiyanı Fast Share adlandırmaq istəyirdi. Lakin məlumata əsasən şirkət nəticədə onu Nearby Sharing adlandırdı.

    Təqdim edilmiş videodan da görmək olar ki, sözügedən funksiyanın ayarlarında cihazın adının qeyd olunması, cihazın görülməsinin aktiv və deaktiv edilməsi və faylların hansı üsulla ötürülməsinin seçilməsi var. İki cihaz arasındakı fayl ötürülməsini Wi-Fi, mobil şəbəkə və ya internetsiz əlaqə ilə reallaşdırmaq olar. İki cihaz arasındakı ilkin bağlantının qurulması üçün Bluetooth-dan istifadə edilir.


    Faylların özləri isə bir qayda olaraq Wi-Fi vasitəsilə ötürülürlər. Əlavə olaraq Google şirkəti bu funksiyanın iş prosesində smartfonlardakı GPS moduldan da istifadə edir. Bu onun üçün edilir ki, iki cihaz arasındakı məsafə düzgün şəkildə təyin edilsin. Cihazlar arasındakı məsafə 30 sm-dən çox olmamalıdır. Lakin tərtibatçıların verdikləri məlumata əsasən bu texnologiya daha uzaq məsafələrdə də çalışa bilər.

    Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq Huawei Honor smartfonlarında aktivdir. Cihazlar arasında faylların sürətli ötürülməsi texnologiyasını həmçinin OPPO, Vivo Xiaomi şirkətləri də yaradıblar. Son məlumat sızıntısına əsasən isə Samsung şirkəti gələn ay təqdim ediləcək Galaxy S20 smartfon seriyasından başlayaraq öz smartfonları üçün Quick Share adlı fayl mübadiləsi texnologiyasını istifadəyə verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×