Apple AirPods 2 barəsində yeni məlumatlar ortaya çıxdı

Apple AirPods 2 barəsində yeni məlumatlar ortaya çıxdı

Texnologiya
06.11.2018 PAYLAŞIM

    Oktyabr ayının sonunda Apple şirkəti tərəfindən keçirilmiş tədimatda hamı səbrsizliklə Apple AirPods 2 naqilsiz qulaqlıqlarını və AirPower naqilsiz şarj stansiyasının təqdimatını gözləyirdi. Lakin şirkət sözügedən məhsulları təqdim etmədi. Qeyd etmək lazımdır ki, birinci AirPods modeli ilə AirPower naqilsiz şarj stansiyası hələ 2017-ci ildə iPhone X ilə birlikdə anons edilmişdilər. Nəticədə AirPods qulaqlıqları işıq üzü gördü, lakin AirPower şarj stansiyası hələ də satışa çıxmayıb

    Bugün isə internetdə AirPods 2 naqilsiz qulaqlığı barəsində məlumatlar ortaya çıxıb. Belə ki, MySmartPrice saytının verdiyi məlumata əsasən AirPods 2 qulaqlığı mütləq şəkildə Bluetooth SIG sertifikatını əldə edib. Sertifikatda yenilənmiş qulaqlıq barəsində bəzi məlumatlar aşkar edilib. İnternetdə ortaya çıxmış siyahıda iki model nömrəsi əks olunub: A2031 A2032. Həmin modellərin təsvirlərində qeyd olunub ki, cihazlar Bluetooth 5.0 protokoluna sahib olacaqlar. Bu o demək deyil ki, AirPods 2 qulaqlıqları yaxın zamanda satışa çıxacaqlar. Lakin artıq indidən məlumdur ki, Apple şirkəti keçən il təqdim etmiş olduğu naqilsiz qulaqlıqların təkmilləşdirilməsi üzərində çalışır.

Bənzər xəbər


    Hər halda sızdırılmış bu məlumat sayəsində biz artıq dəqiq bilirik ki, AirPods 2 Bluetooth 5.0 protokolunu əldə edəcək. Baxmayaraq ki, Bluetooth 5.0 protokolu qulaqlıqların səs keyfiyyətinə təsir etməyəcək, qulaqlıqların çalışma diapazonunu və batareyaların çalışma müddətini uzadacaq. Çox güman ki, AirPods 2 həmçinin insan sağlamlığının bəzi göstəricilərini də təyin etməyi bacaraq. AirPods 2-nin gələn ilin Mart ayında təqdim olunması gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..

×