Apple AirPods 3 çoxdan gözlənilən özəlliyi əldə edə bilər

Apple AirPods 3 çoxdan gözlənilən özəlliyi əldə edə bilər

Texnologiya
03.10.2019 PAYLAŞIM

    Apple şirkəti sentyabrdakı təqdimat tədbiri çərçivəsində naqilsiz Apple AirPods qulaqlıqlarının üçüncü nəslini təqdim etməmişdi. Lakin 3-cü Apple AirPods qulaqlığı barəsində məlumat internetdə ortaya çıxmağa davam edir. Belə ki, qulaqlıq barəsində yeni məlumatları insayderlər iOS 13.2 əməliyyat sisteminin beta versiyasında aşkar ediblər.

    Yeni sızdırılmış məlumata əsasən AirPods 3 dizayn dəyişikliyi ilə yanaşı həmçinin çoxdan gözlənilən bir özəlliyi də əldə edəcək. Bu barədə The Verge saytı xəbər verib. Təqdim edilmiş sxematik foto AirPods-un dizayn dəyişikliyini sərgiləyir. Bununla yanaşı fotodan da görmək olar ki, qulaqlığın əsas tərəfi silikon hissələrdən ibarətdir. Bu isə öz növbəsində kənar səslərin mane olmasının qarşısıını alacaq. Bir sıra insayderlərin məlumatlarına əsasən Apple şirkəti AirPods 3-ü artıq bu ayın sonunda təqdim edə bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!

“Azercell Telekom” MMC iPhone 11, iPhone 11 Pro və iPhone Pro Max əldə edən abunəçilərə 6 aylıq Limi..


Dünyanın ən bahalı brendlərinin reytinqi tərtib olunub

Böyük korporasiyalar və azad bazar dünyasında hər şey həmişə gəlib pulun üzərinə düşür...


Tərtibatçılar yeni MacBook Pro'nun fotolarını aşkar ediblər

Analitiklər dəfələrlə bildirmişdilər ki, Apple şirkəti bu il 16 düym ekrana sahib MacBook Pro noutbu..


Huawei şirkəti Enjoy 10 adlı büdcəli smartfon modelini təqdim etdi - QİYMƏTİ..

Huawei şirkəti Çində Enjoy 10 adlı büdcəli smartfonun təqdimatını keçirtdi.


Yeni Apple AirPods barəsində məlumatlar sızdırılıb

Hələ bir neçə müddət bundan öncə iOS 13.2 əməliyyat sisteminin kodunda yeni Apple AirPods qulaqlıq m..


Xiaomi Mi Mix 4-ün güman edilən real fotosu ortaya çıxıb

Son bir neçə ay ərzində Xiaomi Mi Mix 4 barəsində çoxlu məlumat sızıntıları olub.