Logo
    main-post-cover

    Apple AirPods 3 qulaqlığının real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    11.03.2021
    Emil
        İnsayderlər naqilsiz Apple AirPods 3 qulaqlığının real fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, yeni qulaqlıq əvvəlki iki versiyanın dizayn özəlliklərini əldə edəcək. Beləliklə fotolardan da görmək olar ki, AirPods 3 xarici görünüşcə orijinal AirPods ilə AirPods 2-ni xatırladacaq. Lakin bununla yanaşı o, AirPods Pro-nun bəzi elementlərini də əldə edəcək
        İlkin məlumata əsasən AirPods 3 modeli həcmli səslənmə texnologiyasını özündə birləşdirəcək. Lakin qulaqlıq ətraf səs-küyün aktiv boğulması funkiyasını əldə etməyəcək. Bununla belə qulaqlığın silindrik formalı gövdəsi bir qədər daha qısa olacaq və orda mikrofonlar ilə batareyalar yerləşəcəklər. AirPods 3-ün komplektində dəyişdirilə bilən başlıqların olacağı da gözlənilir. Bəzi məlumatlara əsasən Apple şirkəti AirPods 3-ü 23 mart tarixində təqdim edəcək. Lakin şirkət qulaqlığın dəqiq təqdimat tarixi barəsində bir məlumat verməyib.
    Paylaş
    Bənzər xəbərlər