Logo
    main-post-cover

    Apple AirPods qulaqcıqları ilk dəfə partladı

    Elm & Texnologiya
    09.02.2018
    Emil
    Əgər siz düşünürsünüz ki, yalnız smartfonlar və power bank-lar partlamaq özəlliyinə sahibdirlər, onda sizi təəccübləndirək.
        Belə ki, hər şey partlaya bilər. Hətta naqilsiz Apple AirPods qulaqcıqları da. Floridadan olan Jason Colon adlı şəxs idmanla məşğul olan zaman Apple AirPods ilə musiqi dinləyirdi. Bir anın içində qulaqcıqlar nədənsə çalışmamağa başladılar. Onlardan birindən isə ağ duman çıxmağa başladı. Nəyinsə düzgün getmədiyini anlamış Jason qulaqcıqlarını yerə qoyaraq kömək dalınca gedib. Qayıdanda isə o görüb ki, qulaqcıqlardan biri yanaraq ərimiş plastikə çevrilib. Həmin anda Jason başa düşüb ki, onun qulaqları necə böyük təhlükədən yaxa qurtarıblar. Zərərçəkmiş bütün olanlarda qulaqcıqların batareyalarını günahlandırıb.

    Paylaş
    Bənzər xəbərlər