
Apple AirPower Mini naqilsiz şarj stansiyasının real fotoları sızdırılıb
Elm & Texnologiya
18.09.2020
Emil
Naqilsiz şarj stansiyası olan AirPower-in ilk hazırlanma mərhələsindəki uğursuz nəticə Apple şirkətini bu cihazın daha sadələşdirilmiş versiyasını hazırlamağa məcbur etdi. Bu ilin əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti AirPower cihazının daha kiçik versiyası üzərində çalışır. İndi isə internetdə sözügedən cihazın real fotoları ortaya çıxıblar. Bu barədə Phonearena saytı xəbər verib.
Məlumata əsasən təqdim olunacaq iPhone 12 modelinin arxa panelinin daxilində maqnit bərkidici yerləşdiriləcək. Bunun sayəsində smartfon AirPower Mini-yə rahatlıqla qoşulacaq və enerji yığacaq. Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, fotolarda əks olunmuş cihaz AirPower Mini-nin prototip versiyasıdır. Heç istisna deyil ki, naqilsiz şarj stansiyası gələn ay iPhone 12 ilə birlikdə təqdim olunacaq. Şarj stansiyasının texniki özəllikləri və qiyməti barəsində bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
