
Apple şirkəti (PRODUCT)RED proqramı çərçivəsində xüsusi model iPhone 8 və iPhone 8 Plus smartfonlarını anons etdi. Bu smartfonlar yalnız rəngləri ilə fərqlənirlər. Belə ki, onlar ənənəvi al-qırmızı rəngdədirlər. Şirkət keçən ilki al-qırmızı rəngli iPhone 7 və iPhone 7 Plus modellərinin mənfi özəlliklərini nəzərə alaraq onları yeni modeldə aradan qaldırıb.
Keçən il al-qırmızı rəngli iPhone 7 və iPhone 7 Plus modelləri satışa çıxanda bir çoxları smartfonların ön panellərinin ağ rəngdə olmalarını bəyənmədilər. Apple şirkəti bunu nəzərə alaraq al-qırmızı iPhone 8 və iPhone 8 Plus modellərinin ön panellərini qara rəngdə reallaşdırıb. Beləliklə smartfonlar daha effektli təsir bağışlayırlar.
Texniki göstəricilərə gəldikdə isə yeni rəngdə olan iPhone modelləri ənənəvi rəngli modellərdən heçnə ilə fərqlənmirlər. Al-qırmızı rəngli iPhone 8 və iPhone 8 Plus modellərinin ön sifarişi 10 Aprel tarixində start götürəcəkı. Satışa isə onlar 13 Aprel tarixində çıxacaqlar. (PRODUCT)RED proqramı çərçivəsində satılacaq məhsullardan əldə olunacaq vəsaitin bir hissəsi QİÇS’lə qlobal mübarizə fonduna yönləndiriləcək.
Şərh yoxdur