'Apple' bilərəkdən mi köhnə model iPhone-ları zəiflədir? Uydurma yoxsa reallıq?

'Apple' bilərəkdən mi köhnə model iPhone-ları zəiflədir? Uydurma yoxsa reallıq?

Texnologiya
08.10.2017 PAYLAŞIM

Futuremark şirkəti, “Apple”ın, hər dəfə yeni iOS versiyası sayəsində köhnə model iPhone modellərinin bilərəkdən texniki göstəricilərini zəiflətməsi şaiyəsini yoxlayıb.

Həmin şaiyələrə əsasən şirkət, hiyləyə əl ataraq, istifadəçilərin, yeni model iPhone cihazlarını daha aktiv almaları üçün şərait yaradır. Bununla belə bu bir neçə il ərzində sözügedən şaiyə yoxlanılmayıb. Buna görə də “Futuremark”, 2015-ci ildən bəri 3Dmark adlı benchmark saytında olan qeydlər əsasında öz istintaqını aparıb. Tədqiqatda benchmark-ın, 7 iPhone modelində və 3 iOS versiyasında apardığı testlərin 100.000 nəticələri iştirak edib.



Nəticə etibarilə "Futuremark” hətta 2013-cü ildə təqdim olunmuş iPhone 5S modelində də “Apple” şirkətini hansısa dələduzluqda ittiham edə bilməyib. Belə ki, sözügedən iPhone 5S modelindəki texniki göstəricilər sadəcə cüzi miqdarda zəifləyib. Səbəbi isə yeni versiya iOS sistemindədir. Belə ki, yeni versiya iOS ilə yanaşı həmdə yeni funksiyaların aktiv olması səbəbilə smartfonun gücü daha çox sərf olunur. iPhone 6, iPhone 6SiPhone 7 ilə olan hallarda da nəsə yanlış bir şey aşkar edilməyib.


Bu cihazların prosessorlarının və qrafik sürətləndiricilərinin gücləri, iOS 9 vaxtlarından dəyişilməz olaraq qalıb. Sonda “Futuremark” bildirib ki, “Apple”, keçmiş modellərin dəstəklənməsi baxımından yaxşı iş görüb. Bununla yanaşı, tətbiq yaradıcıları çox zaman öz tətbiqlərini, yeni model smartfonlar əsasında qururlar. Buna görə də keçmiş modellərdə sürət bir qədər azalır. Həmçinin mütəxəssislər belə hallarda psixoloji faktoru da səbəb kimi göstəriblər. Belə ki, istifadəçi öz cihazının zəiflədiyinə məhz yeni cihazın satışa çıxması halında fikir verir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×