
Apple bir qədər fərqli dizayna sahib birinci nəsil Watch Ultra-nın prototipini test edirmiş
Texnologiya
20.11.2023
Emil Noisy
Apple birinci nəsil Watch Ultra smart saatını 2022-ci ildə təqdim etmişdi. Bu il isə şirkət Watch Ultra 2-ni təqdim etdi. Lakin ABŞ Federal Rabitə Komissiyasına (FCC) göndərilmiş sənədlərdə yalnız indi bir qədər fərqli dizayna sahib birinci nəsil Apple Watch Ultra-nın fotoları aşkar edilib. Qeyd etmək lazımdır ki, həm birinci həm də ikinci nəsil Apple Watch Ultra smart saatları açıq boz gövdə rənginə və fərqli rənglərdə kəmərlərə sahibdirlər.

Lakin FCC-də aşkar edilmiş fotolarda qara rəngli keramik arxa panelə sahib birinci nəsil Watch Ultra əks olunub. Bununla yanaşı fotolarda əks olunmuş smart saatın idarəetmə düyməsi də fərqli dizayna sahibdir. Çox güman ki, o, metal materialdan deyil, plastik materialdan hazırlanıb. Qeyd etmək lazımdır ki, Apple öz cihazlarının prototiplərini tez-tez FCC-ya göndərir. Belə ki, şirkət yeni məhsulunun satışa çıxmasından bir neçə ay öncə tənzimləyici orqandan icazə almalıdır. Bəzi hallarda isə cihazın final versiyası FCC-ya göndərilən prototipdən fərqlənir.


Linki kopyala
Həftənin xəbərləri

