
Apple böyük ekrana sahib daha bir iMac üzərində çalışır
Elm & Texnologiya
18.10.2023
Emil
Məşhur analitik Ming-Chi Kuo artıq təsdiqləyib ki, Apple şirkəti həqiqətən də 24 düym ekranlı yeni iMac üzərində çalışır. İndi isə analitik bildirib ki, Apple həmçinin daha bir iMac üzərində çalışır. Hazırlanan daha bir iMac modelinin əsas fərqləndirici özəlliklərindən biri 32 düym-lük ekran olacaq. Sözügedən iMac modeli bazara iMac Pro adı altında satışa çıxa bilər. Məlumatda qeyd edilib ki, sözügedən iMac özündə mini-LED ekranı birləşdirəcək. Analitik bildirib ki, 32 düym ekranlı iMac modelini yaxın zamanda gözləmək lazım deyil. Əgər hər şey plana uyğun getsə 32 düym ekranlı iMac modeli 2025-ci ildə təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
