
Apple bu həftə ərzində Pencil 3 stilusunu təqdim edə bilər
Elm & Texnologiya
16.10.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti yeni Apple Pencil stilusu üzərində çalışır. Söhbət, Apple Pencil 3-dən gedir. Bugün isə məlumat ortaya çıxdı ki, Apple bu həftə ərzində yeni iPad modellərini təqdim edəcək. Lakin görünür yeni iPad modellərini bir qədər gözləmək lazım gələcək. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Apple bu həftə ərzində yeni iPad modelləri əvəzinə Apple Pencil 3 stilusunu təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Apple Pencil 3 stilusu Lightning girişi əvəzinə USB-C girişini əldə edəcək. Bundan əlavə olaraq şirkətin yeni stilusu müxtəlif özəlliklərə sahib dəyişdirilə bilən başlıqlara sahib olmalıdır. Həmin başlıqlar stilusa maqnit vasitəsilə bərkidiləcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
