
Apple bu həftə yeni iPad planşetlərini təqdim edə bilər
Elm & Texnologiya
16.10.2023
Emil
9to5mac saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Apple şirkəti bu həftə yeni iPad modellərini təqdim edəcək. Gözləntilərə əsasən şirkət yenilənmiş iPad, iPad Air və iPad mini modellərini təqdim edəcək. Yeni iPad modellərinin artıq sabah təqdim ediləcəkləri də istisna edilmir. Belə ki, Apple öz yeni məhsullarını adətən çərşənbə axşamı sərgiləyir.
Məlumatda qeyd edilib ki, Apple yeni iPad modelləri üçün ayrıca tədbir keçirməyəcək. Şirkət onları sadəcə press-reliz şəklində təqdim edəcək. Yenilənmiş iPad modellərində hansısa ciddi dəyişiklikləri gözləmək lazım deyil. Çox güman ki, onlar əvvəlki modellərin xarici görünüşlərini əldə edəcəklər və bəzi texniki yenilənmələrə sahib olacaqlar. Məsələn yeni iPad Air modelinin M2 prosessorunu, iPad mini ilə adi iPad-ın isə A16 Bionic prosessorunu əldə edəcəkləri gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
