Apple bu il 4 ədəd iPhone 12 təqdim edə bilər

Apple bu il 4 ədəd iPhone 12 təqdim edə bilər

Texnologiya
07.04.2020 PAYLAŞIM

    İnsayder Jon Prosser-in sözlərinə görə Apple şirkəti bu ilin payız fəsli üçün 4 ədəd iPhone 12 modelinin təqdimatını hazırlayır. İnsayder qeyd edb ki, iPhone 12 modellərinin prototipləri artıq hazırdırlar. Buna görə də yaxın 1-2 ay ərzində smartfonların render fotoları ortaya çıxa bilər. Bu barədə Gagadget saytı xəbər verib. Məlumatda qeyd edilib ki, sözgüedən smartfonlar öz aralarında ekran ölçüləri və arxa kameraların saylarına görə fərqlənəcəklər. Həmçinin yeni iPhone modellərinin ekranlarında çıxıntı hissə olduğu kimi qalacaq. Lakin keçmiş və aktual modellər ilə müqayisədə iPhone 12 modellərində həmin çıxıntı hissə daha kiçik olacaq. Smartfonlar 5G şəbəkə dəstəkli Apple A14 Bionic prosessoru ilə təchiz olunacaqlar. Beləliklə Apple şirkəti bu il aşağıdakı smartfonları təqdim etməlidir:

Bənzər xəbər


- iPhone 12 (kod adı D52G) - 5.4 düym ekran, alüminium gövdə və ikili arxa kamera

- iPhone 12 (kod adı D53G) - 6.1 düym ekran, alüminium gövdə və ikili arxa kamera

- iPhone 12 Pro (kod adı D53P) - 6.1 düym ekran, paslanmaz poladdan hazırlanmış gövdə və üçlü arxa kamera + LiDAR skaner

- iPhone 12 Pro (kod adı D54P) - 6.7 düym ekran, paslanmaz poladdan hazırlanmış gövdə və üçlü arxa kamera + LiDAR skaner.

    Yeni iPhone modelləri ənənə üzrə sentyabr ayında təqdim olunmalıdırlar. Lakin smartfonların təqdimatlarına və satışa çıxma tarixlərinə həmçinin koronavirus da təsir göstərə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA Mars səthində olan Ingenuity dron aparatının ilk uçuşunu uğurla reallaşdırd..

NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. ..


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..

×