Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə bilər

Apple bu il kompakt ölçülərə sahib iPhone 12 mini smartfon modelini təqdim edə bilər

Texnologiya
28.01.2020 PAYLAŞIM

    Son illərdə Apple şirkəti hər il 2 və ya 3 iPhone modeli təqdim edir. Qeyd etmək lazımdır ki, bu ilin mart ayında iPhone SE-nin davamçısının sentyabr ayında isə 3 ədəd iPhone 12 modelinin təqdim olunacağı gözlənilir. Lakin insayderlər məlumat veriblər ki, Apple şirkəti bu il həmçinin iPhone 12 mini adlı modeli də təqdim edəcək. Bunun olacağı halında bu il təqdim olunacaq iPhone modellərinin sayı mövzusunda rekord il olacaq. Bu barədə Slashgear saytı xəbər verib.

    Məlumata əsasən iPhone 12 seriyasına daxil olacaq iPhone 12 mini modeli iPhone 9-dan (iPhone SE 2) fərqlənəcək. Belə ki, iPhone 12 mini 5.4 düym ekrana sahib olacaq və iPhone 9-dan fərqli olaraq o, iPhone 8 deyil məhz iPhone 12 dizaynında hazırlanacaq. Satışa həmçinin adi iPhone 12, iPhone 12 Pro iPhone 12 Pro Max modelləri də çıxacaqlar. Adi iPhone 12 ilə iPhone 12 Pro modelləri eyni ekran ölçüsünə (6.1 düym) sahib olacaqlarına baxmayaraq onlar öz aralarında arxa kamera saylarına görə fərqlənəcəklər.

Bənzər xəbər


    Belə ki, adi iPhone 12 modeli 2 ədəd arxa kamera, iPhone 12 Pro modeli isə 3 ədəd arxa kamera ilə təchiz oluna bilər. iPhone 12 Pro Max modelinə gəldikdə isə o dəqiq şəkildə 3 ədəd arxa kamera modulu ilə təchiz olunacaq. Bundan əlavə olaraq bu ilin sentyabr ayında təqdim olunacaq iPhone modellərinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar və 5G şəbəkə dəstəyini əldə edəcəkləri də gözlənilir. Qeyd etmək lazımdır ki, bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib və ona bir qədər şübhə ilə yanaşmaq lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×