main-post-cover

    Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

    Elm & Texnologiya
    26.07.2021
    Emil Nəcəfov
        Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının hamısına Face ID texnologiyasını əlavə etməyi planlaşdırır. Gurman-ın sözlərinə əsasən Face ID texnologiyasını hətta büdcəli iPhone SE iPad modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu məhsullar hal hazırda yalnız Touch ID texnologiyasına sahibdirlər.
        Bundan əlavə olaraq Apple şirkəti Face ID texnologiyasını həmçinin Mac kompüterlərinə də inteqrasiya etməyi düşünür. Hal hazırda MacBook modellərinin çox nazik ekranlara sahib olmaları səbəbilə bunu reallaşdırmaq mümkün deyil. Lakin jurnalist əmindir ki, yaxın gələcəkdə Apple mühəndisləri bu problemi aradan qaldırmağın yolunu tapa biləcəklər. Gurman-ın fikrincə Apple öz əsas məhsullarının hamısında Face ID texnologiyasını yaxın bir neçə il ərzində reallaşdıracaq.
        Bundan əlavə olaraq onun sözlərinə əsasən Apple həmçinin iPhone-da ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameradan da istifadə etməyi nəzərdən keçirdir. Bu cür özəllik iPhone-nun Pro Pro Max modellərinin fərqlənməsinə səbəb ola bilər. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone-larda ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera 2023-cü ildə təqdim oluna bilər.
    Linki kopyala