Apple, bütün mağazalarını bağlayır: Səbəb koronavirus

Apple, bütün mağazalarını bağlayır: Səbəb koronavirus

Texnologiya
14.03.2020 PAYLAŞIM

        Dünya nəhənglərindən olan Apple, işçilərin təhlükəsizliyini təmin edə bilmək üçün 27 martdan etibarən bütün mağazalarını bağlayır. 2019-cu ilin dekabr aylarında ortaya çıxan virus hal-hazırda bütün sektorlara öz təsiri etməyə davam edir. Apple CEO-su Tim Cook dünən mediaya verdiyi məlumatda bütün Apple mağazalarının bağlanacağını bildirdi.

Böyük Çin xaric dünya üzərindəki bütün Apple mağazaları bağlanacaq. Həmçinin Apple WWDC konfransı da ləğv olundu.

        Hong Kong, Makao və Tayvanın daxil olduğu Böyük Çin xaric bütün dünya üzərindəki Apple mağazaları bağlanacaq. Qeyd edək ki, Çində koronavirus təhlükəsiz ciddi səviyyədə olduğu vaxtlar bu bölgələrdəki mağazalar bağlanmışdı. Dünənə qədər də bağlı qalmışdı. Lakin bu gündən etibarən bu bölgələrdəki mağazalar açılsa da, 27 martdan etibarən digər mağazalar bağlanacaq. Həmçinin Tim Cook şirkətin koronavirus ilə mübarizəyə 15 milyon dollar yardım etdiyini də vurğuladı.    


        Apple hər il keçirdiyi Worldwide Developers Conference (WWDC) tədbirini də ləğv etdi. GoogleFacebook-un öz tədbirlərini ləğv etdiklərini bəyan etdikdən sonra Apple da tədbiri fiziki olaraq keçirməmək qərarına gəldi. Apple da digər şirkətlər kimi internet üzərindən online şəkildə tədbiri keçirəcək. Ümid edirik ki, qısa zamanda Koronavirus bəlası bütün dünya üzərindən çəkilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×