
'Apple' cihazlarının ortalama işlədilmə müddəti nə qədərdir?
Elm & Texnologiya
05.03.2018
Emil
“Apple” şirkətinin cihazlarının ortalama işlədilmə müddəti 4 ili keçib.
Bu maraqlı fakt haqqında xəbəri
Business Insider saytı analitik Horace Dediu-ya istinadən verib. Öz analizində
Horace Dediu “Apple”ın
açıq məlumatlarından istifadə edib. Analitik ümumi satılmış cihazların
sayından (2.05 milyard) bu günə qədər də istifadə olunanların sayını (1.3
milyard) çıxardıb. Beləliklə o öyrənib ki, 750 milyona yaxın cihaz artıq
istifadə olunmur. Belə ki, 2013-cü ilin üçüncü rübündə şirkətin satışları 750
milyon cihaza çatmışdır.
Nəticə etibarilə analitik bildirib ki, şirkətin
cihazlarının ortalama işlədilmə müddəti 4 il 3 ay təşkil edib. Əldə olunmuş məlumatlar
onu sübut edir ki, istifadəçilər tez-tez yenilənən bazar ilə müqayisədə öz
cihazlarını daha az yeniləyirlər. Bundan əlavə olaraq “Apple” cihazları istifadəçiləri
həmin cihazların istifadəsindən məmnunluq hissi duyaraq onlardan ayrılmağa tələsmirlər.
Analitikin analizində iPhone, iPad, Mac kompüterləri, Apple Watch smart saatları və iPod
cihazları iştirak ediblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
