
'Apple' cihazlarla əl ilə uzaqdan idarə texnologiyasının patentini aldı
Elm & Texnologiya
03.03.2018
Emil
“Apple” şirkəti sistemin interfeysini ekrana toxunmadan əl ilə idarə etməyə imkan verəcək xüsusi texnologiyanın patentini əldə edib.
Bu texnologiyaya əsasən sistemin
interfeysini idarə etmək üçün sadəcə olaraq əl ilə havada hərəkət etmək lazım
olacaq. Patent sorğusunda istifadəçinin bədənini və ya hansısa bədən hissəsini
təyin edərək onu sistem əmrinə çevirən kamera barəsində məlumat əks olunub. Bu
cür kamera bədən hissələrinin istiqamətini və sürətini təyin edə biləcək. Çox
güman ki, cihazlarla qarşılıqlı əlaqənin yeni üsulu artıq varolan TrueDepth
kamera sistemləri üçün bir əlavə özəllik olacaq.

Hal-hazırda həmin kamera
sistemləri istifadəçi üzünün əzələlərinin hərəkətlərini təyin etmək üçün
istifadə olunur. Bu isə Face ID texnologiyası və Animoji funksiyası üçün nəzərdə
tutulub. Təbii ki, şirkətin bu texnologiyanı nə zaman və ya ümumiyyətlə nə
vaxtsa reallaşdıracağı bilinmir. Lakin nəzərə alsaq ki, şirkət artıq üzün 50-ə
yaxın əzələsinin hərəkətini təyin etməyi bacaran kamera sistemi yaradıb, TrueDepth
kamera sistemləri vasitəsilə yaxın zamanda cihazlarla yeni əlaqə üsulları
reallaşdırıla bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
