
'Apple'da çalışırsansa necə uğur qazana bilərsən? 11 qızıl qayda
Elm & Texnologiya
14.08.2017
Emil
Huxley Dunsany, 2004-cü ilin əvvəlində Apple Store-da işə başlamışdı.
Ona konsultant forması və işçi badge-i verilmişdi. Həmin
badge-in arxa tərəfində isə o, maraqlı bir kart aşkar etmişdi. Həmin kartda “JB’s Rules for Success” yazılmışdı.
JB, “Apple”in ABŞ üzrə
satış vitse-prezidenti John Brandon-un adının ilk hərfləridir. Dunsany-nin sözlərinə
əsasən Brandon, hətta yeni işçilərlə də yaxşı ünsiyyət qurur, öz qaydalarına görə
yaşayırdı. O, şirkət daxilində çox xoş mühit yaratmışdı. Aşkar edilmiş kartda
isə Brandon-a görə sözügedən şirkətdə uğur qazanmağın 11 qaydası əks olunub.

1. Keçmişi unudun və gələcəkdən maksimum şəkildə bəhrələnin
2. Həmişə düzünü deyin: Pis xəbərləri tez eşitmək, gec eşitməkdən
yaxşıdır
3. Sizdən yüksək dərəcədə prinsipiallıq gözləyirlər. Əgər nədənsə
şübhələnirsinizsə, onda soruşun
4. Adi satıcı deyil, yaxşı biznesmen olmağı öyrənin
5. Hər kəs yeri süpürür
6. Danışıqlarda, tərzdə və geri dönüş əlaqələrində professional
olun
7. Müştəriyə həmişə qulaq asın. Onlar problemin nədə olduğunu
demək olar ki, həmişə bilirlər
8. Tərəfdaşlarla elə ünsiyyət yaradın ki, nəticədə bütün tərəflər
qalib olsun
9. Bir-birinizin qayğısına qalın. İnformasiyanı paylaşmaq
yaxşıdır
10. Özünüzü çox ciddi qəbul etməyin
11. Əylənin. Əks halda bu əbəs yerədir.
İşçilərdən hamısının ən çox 5-ci qaydadan xoşu gəlir. Şirkətdə
vacib olmayan iş olmur. Əgər kiməsə yardım lazım olursa, onda ona yardım edən
tapılır. Fərqi yoxdur ki, yardım edən şəxsin maaşında neçə ədəd sıfır var və ya
onun vəzifəsi pafoslu səslənir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
