Logo
    main-post-cover

    'Apple'da çalışmağın 6 səbəbi

    Elm & Texnologiya
    26.11.2017
    Emil
    Nəyə görə bir çoxları düşünür ki, “Apple” çalışmaq üçün ən çox arzuolunan şirkətdir? Günümüzdə kollektivin motivasiyası sığortadan və ofisdə pulsuz nahar yeməyindən daha böyük bir özəllikdir. Business Insider saytı “Apple” şirkətinin öz işçilərinin qayğısına necə qaldığı barədə öyrənib. Bunun üçün saytın jurnalistləri Glassdour adlı sayta müraciət ediblər.
    Qeyd etmək lazımdır ki, bu saytda bir çox şirkətlərin işçiləri anonim şəkildə çalışdıqları şirkət barəsində rəyləri yazırlar. Həmin saytda “Apple” şirkətinin reytinqi 4.5-5 ulduz təşkil edir. Business Insider isə öz nöbəsində Apple işçiləri üçü təqdim olunan 6 maraqlı bonusun siyahısını tərtib edib.
    Məhsullara olan endirim:
    Glassdour saytının məlumatlarına əsasən “Apple” əməkdaşları ildə bir dəfə kompüter, iPod iPad alınmasında 25% endirim əldə edirlər. 3 ildən bir isə onlar iPad almaq üçün 250$-lıq endirim, Mac kompüteri almaq üçün isə 500$ endirim əldə edirlər. Şirkət tərəfindən hazırlanan bütün proqram təminatlarını isə işçilər yarı qiymətə ala bilərlər. Bundan əlavə olaraq şirkət işçinin ailə üzvləri və dostlarına da endirimlər təklif edir.
    Ödənilən analıq məzuniyyəti:
    Şirkət analara uşağın doğulmasından öncə 4 həftəlik ödənilən məzuniyyət, uşaq dünyaya gələndən sonra isə 14 həftəlik ödənilən məzuniyyət təqdim edir. Uşaqsız olan cavan ailələrə isə şirkət hər il 6 həftəlik ödənilən məzuniyyət verir.
    Analıq istəyinin təxirə salınması imkanı:
    Şirkət həmçinin hansısa səbəblərə görə uşaq sahibi olmaq üçün özünü hazır hiss etməyən və ya ümumiyyətlə istəməyən insanları da düşünüb. Belə ki, şirkət sağlam yumurta hüceyrələrinin dondurulması ilə məşğul olan şirkətlərlə müqavilə bağlayıb. Bu vasitə ilə işçilər gələcəkdə uşaq sahibi ola bilərlər. Bu çox bahalı prosesdir. ABŞ-da onun qiyməti 10.000$-a kimi çatır. Lakin Kupertinoda qadın işçilərin sağlamlıqlarını və onların ailə səadətlərini yüksək qiymətləndirirlər. Buna görə də bu məsələdə də bütün xərcləri məhz şirkət ödəyir.
    Dünya şöhrətli ulduzların konsertləri:
    Korporativ barda olan pivə və çərəzlər Stevie Wonder, Demi LovatoOne Republic kimi dünya şöhrətli ulduzların konsertləri yanında heç nədir.
    Fitnes klublara olan abunəlik:
    Şirkətin Nyu York ofislərindən birinin əməkdaşları bildiriblər ki, şirkət onların fitnes klub abunəliklərini ödəyir. Bununla belə bu cür klubların illik abunəliyi əksər hallarda 300$ təşkil edir.
    Yeni əməkdaşların məzuniyyətlərinin ödənilməsi:
    “Apple” şirkətinin bütün yeni əməkdaşları ödənilən 12 həftəlik məzuniyyət əldə edirlər. Glassdour saytının rəylərində bildirilir ki, məzuniyyət günləri isə getdikcə artır. Beləliklə belə bir fikir yaranır ki, “Apple”da çalışmaq ən çox arzuolunan işdir. 
    Paylaş
    Bənzər xəbərlər