Apple-dan sonra Microsoft şirkəti də Intel prosessorlarından imtina edəcək

Apple-dan sonra Microsoft şirkəti də Intel prosessorlarından imtina edəcək

Texnologiya
21.12.2020 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Apple şirkəti Intel prosessorlarından imtina edərək yeni MacBook modellərində fərdi ARM prosessorlarının istifadəsinə qərar vermişdi. Ortaya çıxmış yeni məlumata əsasən Microsoft şirkəti də bu cür yolla getməyə hazırlaşır. Bu barədə Bloomberg saytı xəbər verib. Verilmiş məlumata əsasən Microsoft yaxın gələcəkdə Intel və Qualcomm prosessorlarından imtina edərək fərdi ARM proessorlara keçid edəcək. Microsoft-un fərdi ARM prosessorları ilə Surface seriyasının noutbuk və smartfonları, o cümlədən həmçinin Azure bulud servisinin serverləri də təchiz oluna bilərlər.

    Məlumatda qeyd edilib ki, bunun üçün Microsoft, Intel, AMD Nvidia şirkətlərinin keçmiş əməkdaşlarını bu işə cəlb edib. Həmçinin şirkət mikrosxemlərin istehsalı üçün nəzərdə tutulmuş ayrıca şöbə də yaradıb və həmin şöbəyə Microsoft Azure biznesinin rəhbəri Jason Zander rəhbərlik edir. Microsoft şirkətinin öz ilk ARM prosessorlarını nə zaman təqdim edəcəyi və hansı sayda cihazın bu prosessorları əldə edəcəyi bilinmir. Maraqlısı ondadır ki, bu ilin son maliyyə dövründə Intel şirkətinin səhmlərinin qiymətləri 6.3% aşağı düşüb. Ümumilikdə isə artıq bitən 2020-ci il ərzində şirkətin səhmlərinin qiymətləri 21% aşağı düşüb.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×