
'Apple'dan ultra büdcəli iPad modeli gəlir
Elm & Texnologiya
02.12.2017
Emil
Çinin DigiTimes adlı saytı “Apple” şirkətindəki mənbələrinin məlumatlarına istinadən maraqlı xəbər verib.
Belə ki, xəbərə əsasən şirkət
insanların planşetlərə maraqlarını artırmaq üçün ultra büdcəli iPad modeli üzərində
çalışır. Bu ilin Mart ayında şirkət 9.7 inç ekrana və 329$ qiymətə sahib iPad
modelini təqdim etməklə bir çoxlarını təəccübləndirmişdi. Hamı bu cür sürprizi
heyranlıqla qarşıladılar. Məlumata əsasən bu cür reaksiya şirkətdən yan keçmədi
və indi o, büdcəli planşetlər seriyası üzərində çalışır. DigiTimes-ın verdiyi məlumata
əsasən təqdim olunacaq yeni büdcəli iPad modelinin qiyməti 259$-dan başlayacaq.
Beləliklə şirkət planşetlərin yüksək funksiyalı oyuncaq kimi deyil, işlək alət
kimi qəbul olunan özəl və təhsil sektorunda rəqabət aparmaq istəyir. Cihazın
texniki göstəriciləri barəsində heç bir məlumat verilməsə də, digər bir mənbənin
məlumatına əsasən yeni iPad seriyası barmaq izi skanı texnologiyasından məhrum
olacaq. Həmin vaxtda kimi şirkət Face ID texnologiyasını yayaraq onun tətbiqini ucuzlaşdıracaq. Buna görə də iPhone X-in əsas özəlliklərindən birinin yeni
iPad modelində olacağını gözləmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
