Apple elektromobilinin istehsalı ilə Hyundai şirkətinin məşğul olacağına dair şübhələr var

Apple elektromobilinin istehsalı ilə Hyundai şirkətinin məşğul olacağına dair şübhələr var

Texnologiya
01.02.2021 PAYLAŞIM

    Yanvar ayının əvvəlində məlumat ortaya çıxmışdı ki, Apple şirkəti fərdi elektromobil istehsalı məsələsində Hyundai ilə danışıqlar aparır. Bir neçə müddətdən sonra Hyundai təmsilçiləri bu danışıqların aparıldığını rəsmi şəkildə təsdiqləmişdilər. Ortaya çıxmış yeni məlumata əsasən isə Hyundai rəhbərliyi Apple ilə ola biləcək bu cür əməkdaşlığın perspektivliyinə şübhə ilə yanaşır. Bu barədə Reuters saytı xəbər verib. Adı anonim qalmış Hyundai rəhbərlərindən biri təsdiqləyib ki, Apple həqiqətən də bu məsələdə Hyundai ilə danışıqlar aparır. Lakin danışıqların hansı səviyyədə olduqları barəsində məlumat verilməyib.

    Bundan əlavə olaraq həmin şəxs bu cür əməkdaşlığın məqsədəuyğun olacağına şübhə ilə yanaşdığını bildirib. “Biz bunu necə düzgün etmək lazım olduğu və ümumiyyətlə bunu etməyin məqsədəuyğun olub-olmaması barədə düşünməkdən əziyyət çəkirik. Biz digərləri üçün avtomobil istehsal edən bir şirkət deyilik. Bundan əlavə olaraq Apple ilə əməkdaşlıq heç də həmişə yaxşı nəticələr gətirmir. Apple müdir rolunu oynayır. O, marketinq ilə məşğul olur, öz məhsulunu istehsal edir və brend yaradır. Hyundai da müdir rolunu oynayır” - deyə anonim şəxs bildirib.


    Hyundai şirkətinin digər anonim təmsilçisi də bu məsələ ilə bağlı şübhələrini qeyd edib. O bildirib ki, Google və Apple kimi şirkətlər digərlərinin Foxconn-a bənzəməsini və sadəcə olaraq podratçı istehalçı rolunda çıxış etmələrini istəyirlər. Bununla belə bu cür əməkdaşlıq Hyundai brendinin imicini qaldıra bilər. Lakin uzunmüddətli perspektiv cəhətdən Hyundai kimi şirkətlər sadəcə olaraq avtomobil gövdələrini istehsal edəcəklər. Apple isə öz üzərinə avtomobilin “beynini” hazırlamağı götürəcək. Digər bir şəxs bildirib ki, Apple öz avtomobili üçün olan komponentləri müxtəlif şirkətlərdən alıb, Hyundai şirkətini yekun avtomobilin yığılmasında istifadə etmək istəyir. Nəticədə Hyundai Apple şirkətinin sadəcə olaraq müqaviləli istehsalçısına çevrilə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×