
Apple fərdi 5G modemin hazırlanması ideyasından imtina edə bilər
Elm & Texnologiya
29.11.2023
Emil
Məlumdur ki, Apple şirkəti son illər ərzində öz smartfonları üçün nəzərdə tutulmuş fərdi 5G modemini hazırlamağa çalışır. Bunun üçün şirkət hətta zamanında Intel-in 5G modem biznesini də almışdı. Apple fərdi 5G modemlərini hazırlamaqla bu mövzuda Qualcomm-dan olan asılılığını aradan qaldırmaq istəyir. Lakin bütün bu illər ərzində olan çalışmalara baxmayaraq şirkət hələ də fərdi 5G modemini hazırlaya bilməyib. Səbəb isə şirkətin bu layihəsinin çoxlu sayda texniki problemlərə sahib olmasındadır. İndi isə insayderlər bildiriblər ki, şirkət ümumiyyətlə bu ideyadan tamamilə imtina edə bilər. Bunu Qualcomm şirkətinin Apple ilə bağlayacağı növbəti əməkdaşlıq müqaviləsi təsdiqləyə bilər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
