
Apple fərdi 5G modemin hazırlanması ideyasından imtina etməyib
Elm & Texnologiya
04.12.2023
Emil
Keçən həftə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti özünün fərdi 5G modemi hazırlamaq ideyasından imtina edə bilər. Qeyd etmək lazımdır ki, şirkət öz 5G modemi üzərində 2019-cu ildən çalışır və hələ də onu istifadəyə verə bilməyib. Belə ki, şirkət bu layihəsi çərçivəsində müəyyən texniki problemlər ilə qarşılaşıb. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple 5G modeminin hazırlanması ideyasından imtina etmək niyyətində deyil.
Hər halda şirkətin hardware texnologiyaları üzrə vitse-prezidenti olan Johny Srouji-nin son müsahibəsindəki sözlərindən belə qənaətə gəlmək olar. Srouji CNBC-yə müsahibə verən zaman şirkətin öz fərdi 5G modem layihəsindən imtina edib-etmədiyi sualına cavab verib. Öz cavabında vitse-prezident konkret nəsə deməsə də, qeyd edib ki, şirkət fərdi 5G modemin hazırlanmasında maraqlıdır və onun bu layihəni reallaşdırmaq üçün komandaları mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, Apple fərdi 5G modemin hazırlanması ideyasından heç də imtina etməyib.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
