Logo
    main-post-cover

    Apple fərdi 5G modemini daha iki il təxirə salıb

    Elm & Texnologiya
    17.11.2023
    Emil
         Apple artıq bir neçə ildir ki, özünün fərdi 5G modemlərini hazırlamağa çalışır. Bu üsul ilə şirkət Qualcomm-dan olan asılılığını aradan qaldırmaq istəyir. Lakin görünür, şirkət iPhone-larda Qualcomm modemlərinin öz modemləri ilə əvəzlənməsi ideyasını müəyyən müddətə kimi təxirə salmalı olacaq. İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple fərdi 5G modeminin hazırlanması prosesində yenə də texniki problemlərlə qarşılaşmağa davam edir.
         Şirkət daha öncə 5G modeminin istifadəyə verilməsini təxirə salmışdı. Görünür, şirkət bunu bir daha edib. Bu dəfə 2026-cı ilin əvvəlinə kimi. Məlumatda qeyd edilib ki, Apple tərəfindən hazırlanan 5G modemdə əsas problemlər qızma və aşağı performansla bağlıdır. Bununla belə şirkət Qualcomm modemini sadəcə öz modemi ilə əvəzləməməlidir. O öz modemini elə şəkildə hazırlamalıdır ki, onun modemi Qualcomm-un həllindən daha yaxşı olsun.
    Paylaş