
Apple fiziki Home düyməsini iPhone-na geri qaytaracaq
Elm & Texnologiya
29.01.2020
Emil
Sonuncu dəfə Apple şirkəti fiziki Home düyməsinə sahib iPhone modelini 2017-ci ildə satışa çıxartmışdı. Söhbət, iPhone 8 modelindən gedir. Ondan sonra satışa çıxmış bütün iPhone modelləri çərçivəsiz böyük ekran və ekranın yuxarı hissəsində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə ilə təqdim olundular. Lakin bu il şirkət köhnə dizayna geri qayıdacaq. Bu barədə Gagadget saytı xəbər verib.
Fiziki Home düyməsini bu il iPhone SE-nin davamçısı olacaq iPhone 9 modeli əldə edəcək. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, iPhone 9 modelində şirkət Touch ID texnologiyası yerinə Face ID texnologiyasını reallaşdıracaq. Lakin məşhur insayder Evan Blass, iPhone 9-da fiziki Home düyməsinin olacağını təsdiqləyib. Son məlumat sızıntılarına əsasən iPhone 9 smartfonu iPhone 8-in dizaynını və iPhone 11-in texniki özəlliklərini özündə birləşdirəcək. Təqdimatın yaz fəslində keçirilməsi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
