main-post-cover

    Apple fiziki toxunuş olmadan AirPods-u idarə etməyə imkan verəcək texnologiyanı patentləşdirib

    Elm & Texnologiya
    10.03.2023
    Farid Pardashunas
        Apple şirkəti yeni patentini qeydiyyatdan keçirdib. Qeydiyyatdan keçirilmiş yeni patentdə istifadəçinin naqilsiz AirPods qulaqlığı ilə yeni qarşılıqlı əlaqə üsulu əks olunub. Belə ki, patent sənədinə əsasən naqilsiz qulaqlıqlarda səsin gücünü tənzimləmək üçün istifadəçinin fiziki hərəkətləri yerinə yetirməsinə ehtiyac qalmayacaq. Bunun yerinə səsin artırılması və ya azalması prosesi istifadəçinin öz baş hissəsinin müvafiq istiqamətlərə əyməsi vasitəsilə reallaşdırılacaq.
        Şirkət öz yeni patentində istifadəçinin jestlərdən və ya baş hərəkətlərindən vasitəsilə qulaqlıqlardan istifadə imkanını nəzərdən keçirdir. Tərtibatçıların sözlərinə əsasən bu cür idarəetmə üsulu istifadəçinin idmanla və ya hər hansısa digər fiziki aktivliyi zamanı daha rahat olacaq. Məsələn istifadəçi öz başını arxa və ya ön hissəyə əyməklə qulaqlıqlardakı səsi yüksəldə və ya azalda bilər. Bundan əlavə olaraq bu funksiya baş hissəsinin sola və ya sağa çevrilməsi vasitəsilə də reallaşdırıla bilər. Apple şirkətinin digər patentləri kimi bu patentin də nəticədə reallaşdırılıb-reallaşdırılmayacağı məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər