main-post-cover

    Apple gecə keçiriləcək tədbirdə nələri təqdim edəcək?

    Elm & Texnologiya
    30.10.2023
    Emil Nəcəfov
         Apple şirkəti bugün 31 oktyabr tarixinə keçən gecə növbəti təqdimat tədbirini keçirəcək. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində təqdimat tədbirində hansı məhsulların təqdim olunacağını açıqlayıb. Hələ bir neçə müddət bundan öncə insayder bildirmişdi ki, Apple bu ayın sonunda M3 prosessoruna sahib 13 düym ekranlı MacBook Pro-nu təqdim edəcək. Lakin indi insayder bildirib ki, sözügedən MacBook Pro modelinin təqdimatını gözləmək lazım deyil.
         İnsayderin sözlərinə əsasən M3 prosessoruna sahib olacaq 13 düym ekranlı MacBook Pro hələ hazırlanma mərhələsindədir. Buna görə də insayderin fikrincə Apple yeni təqdimat tədbiri çərçivəsində yenilənmiş iMac-ı, M3 prosessoruna sahib 14 16 düym ekranlı yeni MacBook Pro modellərini, o cümlədən yeni Magic Keyboard, Magic Mouse Magic Trackpad aksesuarlarını təqdim edəcək. Mark Gurman həmçinin bildirib ki, adları sadalanmış aksesuarlar Lightning girişi əvəzinə USB-C girişi ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli MacBook-ların qiymətləri iPhone 15in qiymətindən aşağı ola bilər
    budceli-macbook-larin-qiymetleri-iphone-15in-qiymetinden-asagi-ola-biler
    Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
    apple-watch-ultra-3-smart-saati-2025-ci-ile-texire-salinmis-ola-biler
    iPhone 15 Pro modellərinin ekranlarındakı problemi aradan qaldıran iOS 17.1 yenilənməsi istifadəyə verilib
    iphone-15-pro-modellerinin-ekranlarindaki-problemi-aradan-qaldiran-ios-171-yenilenmesi-istifadeye-verilib
    Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər
    android-istifadeciler-ile-muqayisede-ios-istifadeciler-oz-smartfonlarini-tez-tez-deyismirler
    AirPods 4 və yeni AirPods Max artıq gələn il təqdim oluna bilərlər
    airpods-4-ve-yeni-airpods-max-artiq-gelen-il-teqdim-oluna-bilerler