main-post-cover

    Apple gələn ay yeni məhsullarını təqdim edə bilər

    Elm & Texnologiya
    17.02.2021
    Emil Nəcəfov
        İnsayderlərin verdikləri məlumata əsasən gələn ay Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Həmin tədbirdə 3 yeni məhsulun təqdim olunacağı gözlənilir. Bu barədə IThome saytı xəbər verib. İnsayder Jon Prosser-in sözlərinə əssən Apple şirkəti gələn ay yenilənmiş iPad Pro planşetini, yeni AirPods qulaqlığını və AirTags axtarış trekerini təqdim edəcək. Qeyd etmək lazımdır ki, AirTags axtarış trekerinin hələ keçən ilin sentyabr ayında iPhone 12 ilə birlikdə təqdim olunması gözlənilirdi. Lakin bu baş verməmişdi.
        Buna baxmayaraq Samsung şirkəti Apple-dan tez davranaraq SmartTag adlı axtarış trekerini Galaxy S21 ilə birlikdə təqdim etmişdi. Yenilənmiş iPad Pro modelinə gəldikdə isə məlumata əsasən o, 12.9 düym mini-LED ekran, A14 Bionic prosessoru və 5G modem ilə təchiz olunacaq. Çox güman ki, onun dizaynı hal hazırda aktual olan iPad Pro-nun dizaynı ilə eyni olacaq. Bir sıra məlumatlara əsasən yeni AirPods Pro qulaqlığı yenilənmiş dizayna sahib olacaq. Bundan əlavə olaraq qulaqlıq ətraf səs-küyün boğulması üzrə təkmilləşdirilmiş sistem və Apple H1 prosessoru ilə təchiz olunmalıdır.
    Linki kopyala