Logo
    main-post-cover

    Apple gələn il bütün iPad modellərini yeniləyəcək

         Apple şirkətinin keçən ayın sonunda keçirmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni iPad modellərinin təqdim olunacaqları gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində Apple şirkətinin iPad planşetləri ilə bağlı planlarını açıqlayıb. İnsayderin sözlərinə əsasən Apple bu il yeni iPad planşetlərini təqdim etməyi planlaşdırmır. Əgər bu məlumat nəticədə öz əksini tapsa, 2023-cü il Apple tarixində yeni iPad modellərinin təqdim olunmadığı ilk il olacaq. Gurman-ın sözlərinə əsasən gələn il üçün şirkət bütün iPad modellərini yeniləməyi planlaşdırır. Söhbət, yeni iPad, iPad mini, iPad Air iPad Pro planşetlərindən gedir. Yeni planşetlərin öz xarici görünüşlərini qoruyub saxlayacaqları, lakin yeni texniki göstəriciləri əldə edəcəkləri gözlənilir.
    Paylaş