
Apple gələn il hansı noutbukları təqdim edəcək?
Elm & Texnologiya
17.10.2023
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin 2024-cü ildə hansı noutbukları təqdim edəcəyi barəsində məlumatı təqdim edib. İnsayderin sözlərinə əsasən şirkət gələn il minimum 4 yeni noutbuku təqdim edəcək. Söhbət, 14 və 16 düym ekranlı MacBook Pro, 13 və 15 düym ekranlı MacBook Air noutbuklarından gedir.
Məlumata əsasən 14 və 16 düym ekranlı MacBook Pro-lar M3 Pro və M3 Max prosessorlarını əldə edəcəklər. Gələn ilki MacBook Air modellərinə gəldikdə isə onlar M3 prosessoru vasitəsilə çalışacaqlar. Sözügedən noutbukların nə zaman təqdim olunacaqları bilinmir. Ola bilər ki, noutbuklar ya yaz fəslində ya da gələn ilin iyun ayında keçiriləcək WWDC 2024 tədbiri çərçivəsində təqdim edilsinlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
