
Apple gələn il qatlana bilən iPad-ı təqdim edə bilər
Elm & Texnologiya
19.10.2023
Emil
Qatlana bilən cihazlar bazarının aktiv şəkildə inkişafda olmasına baxmayaraq Apple şirkəti bu cür cihaza sahib olmayan azsaylı şirkətlərdən biridir. Lakin çoxlu sayda olmuş məlumat sızıntılarına əsasən şirkət bu cür cihaz üzərində aktiv şəkildə çalışır və görünür, şirkətin ilk qatlana bilən cihazı smartfon deyil, planşet olacaq. DigiTimes saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Apple hal hazırda aktiv şəkildə qatlana bilən iPad üzərində çalışır.
Məlumatda qeyd edilib ki, şirkət öz qatlana bilən iPad modelini ya 2024-cü ilin sonunda ya da 2025-ci ilin əvvəlində təqdim edə bilər. Apple şirkətinin ilk qatlana bilən cihaz rolunda smartfon əvəzinə planşeti seçməsi heç də təsadüfi deyil. Belə ki, şirkətin hardware satışlarının nisbətən az hissəsini planşetlər təşkil edirlər. Bu isə o deməkdir ki, qatlana bilən iPad ilə baş verə biləcək potensial problemləri rahatlıqla həll etmək mümkün olacaq. Məlumata əsasən hal hazırda bu cür cihazın hazırlanması prosesindəki ən ciddi problemlər ekran və şarnir konstruksiyasıdır. Apple ümid edir ki, Samsung ilə LG qatlanma izinə sahib olmayan ekranları təqdim edə biləcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
