Apple gizli şəkildə özünün MicroLED adlı ekranını yaratmağa başlayıb

Apple gizli şəkildə özünün MicroLED adlı ekranını yaratmağa başlayıb

Texnologiya
19.03.2018 PAYLAŞIM

    Apple şirkəti iPhone X ekranının bir sıra göstəricilərindən daha üstün olacaq MicroLED adlı ekranı üzərində gizli şəkildə çalışır. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən şirkət yeni nəsil MicroLED ekranlarının istehsalına külli miqdarda vəsait yatırır. Güman olunur ki, həmin ekranlar indiki OLED ekranlardan daha nazik və daha dolğun rəngli olacaqlar.

    Bundan əlavə olaraq yeni MicroLED ekranlar az enerji sərfiyyatı özəlliyinə, geniş rəng qammasına və ayrı rənglər üzərində dəqiq idarəetmə özəlliklərinə sahib olacaqlar. MicroLED Apple şirkəti tərəfindən öz cihazları üçün istehsal edilən ilk ekran ola bilər. Qeyd etmək lazımdır ki, daha öncə şirkət öz məhsullarında yalnız kənar şirkətlərin istehsalı olmuş ekranlardan istifadə edib. Məsələn iPhone X-in ekranları Samsung tərəfindən, Apple Watch-un ekranları isə LG tərəfindən istehsal olunur.


    Bununla yanaşı məlumata əsasən MicroLED ekranlı ilk Apple cihazı yalnız bir neçə ildən sonra satışa çıxa bilər. Belə ki, MicroLED-in istehsalı adi OLED ekranın istehsalından daha qəlizdir. Bloomberg-in verdiyi məlumata əsasən yeni ekran üzərində 300-ə yaxın mühəndis çalışır. Ekran istehsalı üçün bu cür göstəricinin az olması baxımından şirkət çox gümanki ekran istehsalını autsorsinq edəcək. Apple şirkəti həmişəki kimi bu xəbər ilə bağlı heç bir rəy bildirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×