main-post-cover

    Apple Glasses artırılmış reallıq eynəyi hansı özəlliklərə sahib olacaq və hansı qiymətə satılacaq?

    Elm & Texnologiya
    19.05.2020
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Apple şirkəti özünün artırılmış reallıq eynəyi üzərində çalışır. İndi isə məşhur insayder Jon Prosser sözügedən cihaz barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Jon Prosser-in sözlərinə əsasən o bu cihaz barəsində məlumatları 1 il ərzində yığıb və hətta artırılmış reallıq eynəyini öz gözləri ilə görüb. Lakin onun gördüyü sadəcə olaraq plastik materialdan hazırlanmış prototip olub. Çox güman ki, eynəyin final versiyası metal materialdan hazırlanacaq.
        Şirkətin artırılmış reallıq eynəyi Apple Glasses adını əldə edib və maksimal dərəcədə adi eynəyə bənzəyir. Lakin onun şüşələrinə lazımi məlumatlar proyeksiya ediləcək və eynəyin konstruksiyasında LiDAR skaneri olacaq. İstifadəçilərin konfidensiallıqları məsələsinə görə eynəyə kamera sensorunun əlavə edilməsi fikrindən imtina edilib. Apple şirkətinin artırılmış reallıq eynəyinin çalışması üçün onun iPhone smartfonu ilə sinxronlaşdırılması lazım gələcək. Eynəyin proqram təminatı ilə Starboard şirkəti məşğul olur.
        İstifadəçi sözügedən eynəyi onun şüşələri qarşısındakı jestlərlə və ya eynəyin konstruksiyasında olacaq sensorlu sahələrlə idarə edə biləcək. Apple şirkətinin AR eynəyi gündən qorunma özəlliyinə sahib olmayacaq. Belə ki, qara şüşələrdə məlumatların proyeksiyası mümkün deyil. Buna baxmayaraq eynəyin şüşələrini dəyişmək mümkün olacaq. Jon Prosser-in məlumatlarına əsasən Apple Glasses eynəyi 499$ qiymətində satılacaq. Cihazın təqdimatı ya bu ilin dördüncü rübündə ya da gələn ilin birinci rübündə təqdim olunacaq. Lakin onun satışlarına təqdimatdan 1 il sonra start veriləcək.
    Linki kopyala