Apple gözlənilmədən 'iOS' və 'macOS' kodlarını açıq qaynaq olaraq yayımladı

Apple gözlənilmədən 'iOS' və 'macOS' kodlarını açıq qaynaq olaraq yayımladı

03.10.2017 PAYLAŞIM

    Çoxları bu hərəkəti "Apple"dan gözləməsə də bir neçə gün əvvəl artıq rəsmi olaraq Apple tərəfindən iOSmacOS əməliyyat sistemlərinin nüvə kodları açıq qaynaq şəklində tərtibtaçılara (developerlərə) təqdim olundu. "Apple"ın "Github" kitabxanasında yayımladığı kodlar, təmamilə iOS və macOS - un kodlarını açıq qoymur. İlkin olaraq sadəcə ana kodları yayımlayan Apple-ın rəsmi saytında da bu kodlara rast gəlmək mümkündür. 

    Bugünə qədər qaynaq kodlarını gizli saxlayan Apple, bu addımı ilə tərtibatçıları sevindirdi. İllərdir gizliliyini qoruyan bu kodların yayımlanması bazarda səs-küyə səbəb olub. Belə ki, Steve Jobs dövründən Apple-ın əsas strategiyası məhz gizlilik və sistemin nələr üzərində quruluduğunu yaymamaq idi. Apple bu hərəkəti ilə bəlkə də gələcəkdə qaynaq kodlarını təmamilə açıq elan edəcək. Əgər bu hal baş tutsa iOS da Android kimi açıq-qaynaq olan əməliyyat sistemləri sırasına daxil olacaq. Düşünün ki, artıq macOS -u digər kompüterlərə də yaza biləcəksiniz. Amma bu, nə dərəcədə uğurlu alınacaq?


    Heç kəs Apple - dan bu addımı gözləməsə də, etdiyi bu hərəkətin arxasında nələrin dayandığını hələ ki, bilmirik. Bir daha qeyd etməkdə fayda var ki, Apple hələ, kodları tam olaraq yayımlamayıb. Sözü gedən kodlar iOS və macOS sistemlərinin əsas ana kodlarıdır. Düşünürük ki, bu kodların yayımlanmasından sonra tərtibatçılar artıq yeni iOS versiyaları üzərində çalışa biləcəklər. Bəlkə də son iOS 11 yenilənməsində gözlənilmədən meydana çıxan xətalar Apple - ı bu mövzuda düşünməyə vadar edib. 

Hər nə qədər xırda bir məsələ kimi görünsə də bu hərəkət Apple-ı əvvəlki imicindən uzaqlaşdıra bilər.

Bəs siz bu haqda nə düşünürsünüz?
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×