main-post-cover

    Apple iCloud-dakı fotoların skan olunması funksiyası barəsində daha ətraflı məlumat verib

    Elm & Texnologiya
    10.08.2021
    Farid Pardashunas
        Apple şirkətinin iCloud-dakı fotoların skan olunması funksiyası istifadəçilərdə suallar yaradıb. Apple öz rəsmi saytında məsələyə aydınlıq gətirib. Şirkət təmsilçilərinin sözlərinə əsasən narahatçılığa heç bir əsas yoxdur. Belə ki, Apple tərəfindən hazırlanan bu sistem yalnız qanunsuz kontentlərin axtarışı üçün nəzərdə tutulub və iPhone istifadəçilərinin konfidensiallıqlarına heç cür təsir etməyəcək. Təqdim olunmuş sənədə əsasən bu yeni funksiyanın əsas məqsədi uşaq istismarı (CSAM) səhnələrini əks etdirən fotoların aşkar edilməsidir. Axtarış prosesi isə yalnız iCloud-da faylların heşləmə yolu və onların ABŞ-dakı itmiş insanların axtarışı və istismar olunan uşaqlar üzrə milli mərkəzin (NCMEC) məlumatlar bazası isə qarşılaşdırılmaları üzrə reallaşdırılır.
        Fotoların özləri kopyalanmır və kənar serverlərə ötürülmür. Bundan əlavə olaraq bu funksiya yalnız iCloud-u əhatə edir və birbaşa cihazın daxilində olan fayllara təsir göstərmir. Apple təmsilçiləri qeyd ediblər ki, bu yeni funksiya digər növ fotoları təyin etmir. Onun il ərzində dayanmadan çalışması zamanı yanlışlıqla işə düşməsi ehtimalı isə tilyonda birə bərabərdir. Hətta əgər funksiya iCloud-da şübhəsiz kontentin olduğunu təyin etsə də, şirkət əməkdaşları NCMEC və hüquq-mühafizə orqanlarına müraciət etməmişdən öncə əlavə yoxlanış prosesini reallaşdıracaqlar.
        Analiz olunan kontentin həqiqətdə heç bir qanunsuz materialı özündə əks etdirmədiyi bilinsə, istifadəçi hesabı barəsində heç bir tədbir görülməyəcək. Bununla yanaşı şirkət bildirib ki, o hətta dövlətin tələbi ilə də digər növ kontentlərin təyin olunması funksiyasını reallaşdırmaq niyyətində deyil. “Apple bu cür təkliflərdən imtina edəcək. Bu yeni funksiya isə yalnız iCloud Photos-da saxlanılan CSAM fotoların aşkar edilməsi üçün nəzərdə tutulub” - deyə şirkət təmsilçiləri qeyd ediblər. iCloud-dakı fotoların skan olunması funksiyası bu ilin payız fəslində iOS 15-in istifadəyə verilməsi ilə birlikdə ABŞ-da işə düşəcək. Bu funksiyanın digər ölkələrdə də istifadəyə verilib-verilməyəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər