
Apple ilk qarışıq reallıq (AR + VR) cihazının şirkət daxilində təqdimatını keçirdib
Elm & Texnologiya
27.03.2023
Emil
Bloomberg saytının məşhur analitiki Mark Gurman-ın verdiyi məlumata əsasən Apple keçən həftə özünün ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının şirkət daxilində təqdimatını keçirdib. Məlumatda qeyd edilib ki, şirkət daxilində baş tutmuş təqdimatda şirkətin 100 nəfər meneceri iştirak edib. Gurman bildirib ki, baş tutmuş təqdimat şirkətin iyun ayındakı WWDC 2023 konfransı çərçivəsində MR cihazının anons öncəsi vacib addımı hesab edilir. MR cihazın Apple daxilində keçirilmiş təqdimatının əsas məqsədi ən yaxşı şirkət əməkdaşlarını yeni platforma ətrafında birləşdirmək olub.
Analitikin sözlərinə əsasən Apple şirkətinin top menecerləri MR cihaz layihəsinin vəziyyəti barəsində daimi olaraq məlumatlandırılıblar. Lakin indəyənə kim cihazın tam şəkildə sərgilənməsi keçirilməyib. Keçən həftə isə şirkət əməkdaşları bu cür şirkət daxili təqdimatda iştirak ediblər. MR cihazın şirkət daxilində keçirilmiş təqdimatında iştirak etmiş şəxslərin sözlərinə əsasən bu, sözün əsl mənasında diqqət çəkən bir təcrübə olub. Bundan əlavə olaraq Gurman öz məlumatında MR cihazın bəzi mənfi özəlliklərini də qeyd edib. Həmin mənfi özəlliklər MR cihazın satışlarına təsir göstərə bilərlər. Beləliklə analitik ilk növbədə MR cihazın yüksək qiymətini qeyd edib.
Onun sözlərinə əsasən söhbət, 3000$-dan gedir. Bundan əlavə olaraq MR cihaz hal hazırda istifadəçinin diqqətini çəkə biləcək maraqlı tətbiqlərə sahib deyil. Digər ciddi mənfi cəhət kimi analitik xarici batareyanın istifadəsini qeyd edib. Onun verdiyi məlumata əsasən istifadəçi xarici batareyanı hər 2 saatdan bir dəyişməli olacaq. Analitik bildirib ki, bəzi şirkət əməkdaşları həmçinin MR cihazın konstruksiyasının rahat olmadığını söyləyiblər. Bundan əlavə olaraq çox güman ki, Apple şirkətinin ilk MR cihazı ilkin mərhələdə məhdud sayda media kontentə sahib olacaq. Gurman-ın sözlərinə əsasən Apple şirkətinin rəhbərliyi MR cihazın tez bir zamanda alıcılar arasında məşhur olmayacağını anlayır. Hər halda vaxtı ikən ilk iPhone və Apple Watch ilə də eyni hal yaşanmışdı.
Paylaş
Bənzər xəbərlər