Logo
    main-post-cover

    Apple-ın gələcək ev texnologiyaları planı açıqlanıb

        Apple ağıllı ev ekosistemini genişləndirmək üçün üzərində işlədiyi yeni məhsulların təqdimat cədvəlini müəyyənləşdirib. Məlumata görə, şirkətin Siri süni intellekti ilə təchiz olunacaq yeni ev cihazları mərhələli şəkildə 2026-2028-ci illər arasında bazara çıxacaq. "Power On" bülletenində yer alan məlumata əsasən, Apple ilk olaraq 2026-cı ildə yenilənmiş Apple TV, HomePod mini və uzun müddətdir haqqında danışılan Home Hub cihazını təqdim etməyi planlaşdırır. Yeni Apple TV modelinin Apple Intelligence funksiyalarını dəstəkləyəcəyi və yenilənmiş Siri Remote pultu ilə gələcəyi gözlənilir. HomePod mini isə əsasən Siri AI inteqrasiyası ilə diqqət çəkəcək.
    Apple's home automat
        Apple-ın hazırladığı Home Hub isə ağıllı ev idarəetmə mərkəzi rolunu oynayacaq. Qurğu ekranlı formatda təqdim ediləcək və divar montajı, dinamik bazası və hərəkətli qol kimi müxtəlif aksesuarlarla istifadə oluna biləcək. Lakin istifadəçilərin ən çox maraq göstərdiyi robot qol aksesuarının bazara çıxması üçün daha çox gözləmək lazım gələcək. Məlumata görə, Pixar lampasını xatırladan və süni intellekt dəstəyi ilə işləyəcək bu cihaz hazırda sınaq mərhələsindədir və yalnız 2027-ci ilin sonu və ya 2028-ci ildə təqdim oluna bilər.
        Apple-ın qarşıdakı illərdə iPhone, Apple Watch və Mac məhsullarının yenilənməsi ilə yanaşı, ağıllı ev kateqoriyasına da ciddi yatırım etməsi gözlənilir. Şirkətin əsas məqsədi Siri və Apple Intelligence imkanlarını ev cihazlarına inteqrasiya edərək vahid ağıllı ekosistem yaratmaqdır.
    Paylaş