Logo
    main-post-cover

    'Apple'ın perspektivli görünmüş, lakin nəticədə uğursuz olmuş 6 cihazı (VİDEO)

    Elm & Texnologiya
    24.11.2017
    Emil
    Təəssüflər olsun ki, “Apple” şirkətinin bütün innovasiyaları maliyyə cəhətdən uğurlu olmurlar. Cult of Mac saytı əslində laiqli olan, lakin pərəstişkarlar arasında o qədər də uğur qazanmayan 6 Apple cihazının siyahısını hazırlayıb.
    Newton MessagePad:
    90-cı illərdə satışa çıxarılmış Apple Newton MessagePad adlı planşet sensorlu ekrana sahib idi, əl yazısını və spesifik əmrləri təyin edə bilirdi. Məsələn istifadəçi hansısa görüş haqqında qeyd edəndən sonra cihaz avtomatik olaraq təqvimdə olacaq görüş üzrə tədbir yaradırdı. Cihazın ilkin versiyaları istifadəçilərin əl yazılarını çox hallarda səhv təyin edirdi. Lakin şirkət onu mütəmadi olaraq təkmilləşdirirdi. 1997-ci ildə sözügedən planşet öz zirvəsinə çatmışdı.

    Belə ki, adında 2000 yazılmış model satışa çıxmışdı. O, 480x320 piksel keyfiyyətli ağ-qara ekran, sürətli prosessor, güclü batareya və naqilsiz şəkildə məlumatların digər istifadəçilərə ötürülməsi özəlliklərinə sahib idi. Cihazı internetə qoşaraq elektron məktubları göndərmək və NetHopper adlı brauzer vasitəsilə saytlara baxmaq mümkün idi. Lakin bu cihaz vaxtından əvvəl çıxdığı üçün insanlar arasında o qədər də məşhurluq qazana bilmədi.
    G4 Cube:
    G4 Cube adlı kompüter mükəmməl görünürdü. Lakin onun mükəmməl görünməsi uğursuzluğunun qarşısını ala bilmədi. Şəffaf plastikdən hazırlanmış kub şəkilli sistem blocku həmin vaxtlarda (2000-ci illərin əvvəli) digər kobud kompüter sistemlərindən fərqlənirdi. Hava konveksiyası sayəsində bu kompüter demək olar ki, səssiz çalışırdı. “Apple” bu cihazı superkompüter adlandırırdı. Lakin bu model o qədər də uğur qazana bilmədi. Satıldığı müddət ərzində şirkət sadəcə olaraq 150.000 G4 Cube kompüterini sata bilmişdi.
    Twentieth Anniversary Macintosh:
    Twentieth Anniversary Macintosh 1997-ci ildə şirkətin 20 illiyi münasibətilə satışa çıxmışdı. O, 9000$ dəyərində satılırdı. Bu model iMac-ın növbəti 10 il üçün dizaynını təyin etdi. Bu, yastı ekrana sahib ilk Macintosh modeli idi. Bundan əlavə olaraq o, televiziya sisteminə, FM radioya və S şəkilli videoçıxışa sahib idi. “Apple” əməkdaşları smoking geyinərək bu modeli limuzin vasitəsilə alıcıların evlərinə çatdırırdılar. Şirkət onun qiymətini 2000$-a endirənə kimi bir neçə min kompüter sata bildi. Daha sonra isə onun istehsalını tamamilə dayandırdı.
    Macintosh TV:
    Macintosh TV 1993-cü ildə işıq üzü gördü. O, Macintosh Performa 520 əsasında yığılmış hibrid kompüteri və 14 inç-lik Sony Trinitron CRT adlı televizoru özündə birləşdirirdi. Bu cihazın əsas ideyası ondan ibarət idi ki, ona videomaqnitafonu, videokameranı və ya oyun konsolunu qoşaraq onun imkanlarını genişləndirmək. Lakin nəticədə “Apple” 10.000 ədəd bu cihazdan satdı və 1994-cü ilin Fevral ayında onun istehsalını dayandırdı.
    eMate 300:
    “Apple” hələ 1997-ci ildə müasir iOS MacOS sistem əməliyyatlarının funksiyalarını özündə birləşdirən və sensorlu ekrana sahib olan noutbook üzərində çalışırdı. eMate 300 portativ mobil cihaz idi və Newton PDA vasitəsilə idarə olunurdu. Onun qiyməti 799$ təşkil edirdi. Bu, “Apple” tərəfindən istehsal olunmuş ən ucuz kompüter idi. Bu cihaz təhsil müəssisələrinə təklif olunsa da uğur qazana bilmədi. Həmin vaxtda artıq iMac G3iBook G3 cihazları var idi. Onlar isə eMate 300 üçün ciddi rəqiblər idi.
    iPod Hi-Fi:
    2006-cı ildə işıq üzü görmüş iPod Hi-Fi ev stereo sistemlərini yenidən ixtira etməli idi. Sistemin təmiz səsinə baxmayaraq 349$ qiymət göstəricisi çox böyük idi. Buna baxmayaraq iPod Hi-Fi cihazını bir çox Apple pərəstişkarlarının kolleksiyalarında tapmaq olar. Bu cihaz çox yaxşı çalışır və HomePod ilə rəqabət apara bilər.
    Paylaş
    Bənzər xəbərlər