Logo
    main-post-cover

    'Apple'ın qiyməti demək olar ki, trilyon dollara çatdı

    Elm & Texnologiya
    09.11.2017
    Emil
    Wall Street-dəki hərracların bitməsindən sonra “Apple” şirkətinin bazar kapitalizasiyası demək olar ki, trilyon dollara çatıb.
    Beləliklə “Apple” dünya şirkətləri arasında böyük rekorda imza atdı. Məlumata əsasən hərrac zamanı şirkətin səhmləri 0.8% (176.24$-dək) bahalaşıb. Hal hazırda “Apple”ın ümumi kapitalizasiyası 904.9 milyard dollar təşkil edir. Nəzərə alsaq ki, bu ilin May ayında şirkət kapitalizasiya baxımından 800 milyard dolları keçmişdi, bu cür templərlə analitiklər onun ilin sonunadək trilyon dollara çatacağının şansının olacağını bildiriblər. Əgər bu baş verməsə də şirkət öz kefini pozmamalıdır. Çünki böyümə tempi onsuzda çox sürətlə gedir. Digər şirkətlər də yaxşı şəkildə yüksəliş göstərsələr də, “Apple” kimi nəticə göstərə bilmirlər. Google/ Alphabet” (729 milyard dollar), “Microsoft” (652 milyard dollar), “Amazon” (546 milyard dollar), “Samsung” (408 milyard dollar).

    Paylaş
    Bənzər xəbərlər