
Bildiyimiz kimi iOS 11.4 yenilənməsi iOS 12 öncəsi son yenilənmə olacaq. Apple tərəfindən hal-hazırda iOS 11.4 Beta 4 bəzi istifadəçilərə yayımlanıb. Beta 4-də ortaya çıxan bəzi funksiya və protokollar göstərir ki, Apple artıq təhlükəsizliyə daha çox diqqət yetirir. Belə ki, iOS 11.4 yenilənməsində USB istifadəsini limitləyəcək.
Apple iOS 11.4 ilə birliktə 7 gün ərzində kiliddən çıxarılmayan cihazların (iPhone/iPAD) PC və Mac komputerlərə USB vasitəsilə qoşulması mümkün olmayacaq.
Əgər iOS 11.4 istifadə edən cihazınız 7 gün ərzində kiliddə qalarsa, cihaz heç bir halda komputerə qoşulmayacaq və heç bir aksessuar dəstəkləməyəcək. Qısaca cihazın Lighting portu sadəcə batareyanı doldurmaq üçün istifadə edilə biləcək. Apple-ın belə təhlükəsizlik protokolları tətbiq etməsinə səbəb son illərdə cihazlarının GreyKey kimi şirkətlər tərəfindən USB vasitəsilə qırılmasının mümkün olmasıdır. Ayrıca bu halda cihaz iTunes vasitəsilə də sıfırlana bilməyəcək.
Şərh yoxdur